Modern.az

Türkiyə və Rusiya komandalarının oyununda DAVA DÜŞDÜ

Türkiyə və Rusiya komandalarının oyununda DAVA DÜŞDÜ

Aktual

4 Fevral 2017, 23:13

Mahacqalanın “Anji” və Türkiyənin “Elaziqspor” komandaları arasında keçirilən yoldaşlıq oyunu futbolçuların kütləvi davası səbəbindən yarımçıq qalıb. Modern.az bildirir ki, bu haqda Rusiya klubunun Twitter səhifəsində məlumat yayılıb.

Görüş bu gün olub. Birinci hissənin sonunda oyunçular arasında dartışma yaranıb.

Məlumata görə, Türkiyə komandasının oyunçuları qol buraxandan sonra özlərini aqressiv aparıblar.

Nəticədə mahacqaqalı oyunçu Batraz Xadartsevlə “Elaziqspor”un ehtiyat oyunçuları meydanda dava ediblər.

Rusiya klubunun baş məşqçisi Aleksandr Qriqoryan komandasını soyunub-geyinmə otağına aparmaq qərarına gəlib.

Bu komandaların 2016-cı ildə keçirilən görüşündə də dava düşdüyü bildirilir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır