Modern.az

Gürcüstan da türk liseyini bağlayıb

Gürcüstan da türk liseyini bağlayıb

Aktual

5 Fevral 2017, 00:20

Gürcüstan Elm və Təhsil Nazirliyi Batumidəki Şahin Dostluq liseyinin və ibtidai sinif məktəbinin fəaliyyətini dayandırıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, liseyin  FETÖ əlaqəli olduğu məlum olub. Nəticədə Gürcüstan elm və təhsil nazirliyi ibtidai məktəbin və liseyin lisenziyasını ləğv edib.

 

Nazirlikdən bildirilib ki, lisenziya bir çox məsələlərlə əlaqədar, eyni zamanda tədris prosesində  ciddi nöqsanlara görə ləğv olunub. Həmin məktəblərdə dərs prosesləri dayandırılacaq.

 

Tədrisin dayandırılması barədə qərar qəbul edildikdən sonra həmin  məktəblər bağlanılıb.

 

Məlumata görə, həmin təhsil ocaqlarında 340 nəfər şagird təhsil alıb

 

Nazirlikdən verilən məlumata görə, bağlanan məktəblərin şagirdləri Batumidəki digər təhsil ocaqlarında təhsillərinə davam edəcəklər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır