Modern.az

Bakıda faciəvi hadisə: avtomobil yol təmizləyən qadını vurub

Bakıda faciəvi hadisə: avtomobil yol təmizləyən qadını vurub

5 Fevral 2017, 10:51

Bakıda ağır yol qəzası baş verib.

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektinin Sabunçudan keçən hissəsində yolun kənarındakı qar qalıqlarını təmizləyən qadını avtomobil vurub. Naməlum sürücünün idarə etdiyi nəqliyyat vasitəsi 40-45 yaşlı qadını vuraraq 10-15 metr kənara atıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Qəzanı törədən sürücü avtomobili ilə birgə qaçıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi