Modern.az

Hindistan səfiri Bakı Ali Neft Məktəbinə gəldi

Hindistan səfiri Bakı Ali Neft Məktəbinə gəldi

6 Fevral 2017, 11:03

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru  Elmar Qasımov Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana ilə görüşdü.  Qonağı salamlayaraq rektor Elmar Qasımov səfiri rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnunluq ifadə etdi və ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzuladı. Rektor Ali Məktəbin tarixi, fəaliyyət istiqamətləri, həyata keçirilən davamlı islahatlar və yeniliklər, professor-müəllim heyətinin, tələbələrin uğurlarından söz açdı. Rektor BANM-in fəaliyyətində beynəlxalq əlaqələrin xüsusi yer tutduğunu və bu Ali Məktəbin yarandığı gündən dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlığa önəm verdiyini vurğuladı. Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıqdan söz açan rektor gələcəkdə Hindistan universitetləri ilə qarşılıqlı əlaqələrin qurulmasının mümknülüyünü dilə gətirdi. Rektor yaxın vaxtlarda Ali Məktəbdə  “Hindistan neftinin atası” sayılan azərbaycanlı neftçi-alim Eyyub Tağıyevə həsr olunmuş tədbirin keçirilməsi təklifini irəli sürdü. O, səfiri öz ölkəsi ilə bağlı təqdimatla çıxış etmək üçün yenidən Ali Məktəbə dəvət etdi.


Hindistanın Azərbaycandakı səfiri cənab Sancay Rana rektor Elmar Qasımova səmimi qəbula görə öz təşəkkürünü bildirdi. Səfir rektorun təkliflərini yüksək dəyərləndirdiyini deyərək razılıq verdi. Hindistan ilə Azərbaycan arasında əlaqələrin  inkişafından söz açan səfir əməkdaşlığın bir sıra istiqamətlərdə, xüsusilə təhsil sahəsində inkişafının əhəmiyyətini vurğuladı. Səfir Hindistanın neft-qaz şirkətlərinin Azərbaycandakı fəaliyyətindən də söz açdı. BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərdən məmnun qaldığını və bu Ali Məktəblə öz ölkəsinin ali təhsil müəssisələrinin gələcək əməkdaşlığına dəstək verməyə hazır olduğunu dedi.


Görüşdə, həmçinin qarşılıqlı əməkdaşlıq, xüsusilə bir neçə hindistanlı tələbənin BANM-də Ali Məktəbin təqaüdü hesabına təhsili və digər məsələlər müzakirə olundu.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir