Modern.az

İcra başçısı Cocuq Mərcanlının yeganə sakininə baş çəkdi

İcra başçısı Cocuq Mərcanlının yeganə sakininə baş çəkdi

Aktual

6 Fevral 2017, 11:23

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, növbəti səyyar-qəbul görüşdən əvvəl rayon ictimaiyyətinin bir qrup nümayəndəsi ilə birgə 1994-cü ildə işğaldan azad edilmi, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2-5 aprel döyüşləri zamanı yaşayış üçün təhlükəsizliyi tam təmin olunmuş Cocuq Mərcanlı kəndində olub, 1994-cü ildən həmin kənddə yaşayan Həziyev Oqtay Əbil oğlunun ailəsinə baş çəkib.
Alı Alıyev Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndində 50 evin və infrastrukturun bərpa olunması barədə imzaladığı sərəncamı yüksək qiymətləndiib, bunun işğal olunmuş torpaqlara “Böyük qayıdış”ın başlanğıcı olduğunu vurğulayıb.

 
Sonra Alı Alıyevin düşmənlə təmas xəttində yerləşən Əhmadalılar, Qazaxlar və Mirzənağılı kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun xidmət təşkilatlarının və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 
Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə keçirildiyini bildirib. Qeyd edib ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin işıq, su, qaz və yol ilə bağlı problemləri tam həll olunub. Kəndlərdə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

 
Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin həmin kəndlərdə gördükləri işlərə dair hesabatları dinlənilib. Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.

 
Səyyar qəbul-görüşlərdə Alı Alıyev Prezident İlham Əliyevin məcburi köçkünlər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə Fərmanından irəli gələn məsələlərdən bəhs edib. Bildirib ki, ölkə başçısının məlum Fərmanı məcburi köçkünlərin sosial-iqtisadi müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti addımdır. Əhmədalılar, Qazaxlar və Mirzənağılı kənd sakinlərinə  elektrik enerjisi və qaz və sudan istifadə zamanı israfçılığa yol verməməyi tövsiyyə edən Alı Alıyev qeyd edib ki, artıq bundan sonra  məcburi köçkünlər onlara aylıq müavinət formasında veriləcək vəsaiti özləri istədikləri formada istifadə edəcəklər. Yəni hər bir məcburi köçkün ailəsi özü hesablamalıdır ki, həmin puldan kommunal xərclərə nə qədər ayıracaq, digər ehtiyaclarını qarşılamağa nə qədər xərcləyəcək. Bu istiqamətdə yerlərdə məcburi köçkünlər arasında maarifləndirmə və izahat işlərinin aparılmasının vacib olduğunu cənab Alı Alıyev xüsusi vurğulayıb.

  
Alı Alıyev həmin kəndlərdə pambıqçılıq və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin edilməsi ilə bağlı görülən işlərlə maraqlanıb, kənd sakinlərinə həyatyani və pay torpaqlarından səmərəli istifadə etməyi tövsiyyə edib.

  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür