Modern.az

Azərbaycanda gəmi kapitanı iş yerində öldü

Azərbaycanda gəmi kapitanı iş yerində öldü

6 Fevral 2017, 13:16

“Kaspian Marin Servisez Limited” şirkətinin idarə etdiyi gəmilərdən birinin kapitanı, 1960-cı il təvəllüdlü Elşən Həsənov gəmidə vəfat edib.

Bu barədə Modern.az-a adı çəkilən şirkətin Azərbaycan Respublikasındakı filialından məlumat verilib. Bildirilib ki, kapitan fevralın 5-də dünyasını dəyişib.

 Gəmi Cənub hövzəsində kanalın dibdərinləşdirmə işlərini həyata keçirir. Mərhum gecə saatlarında iş arası istirahət vaxtı öz kayutunda yatan zaman vəfat edib. Bununla əlaqədar olaraq şirkət mərhumun ailəsinə dərin hüznlə baş sağlığı verib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir