Modern.az

Odlar Yurdu Universitetində 31 mart soyqırımından danışılıb

Odlar Yurdu Universitetində 31 mart soyqırımından danışılıb

Təhsil

30 Mart 2011, 14:03

Martın 30-da Odlar Yurdu Universitetində (OYU) 31 mart soyqırmı ilə bağlı tədbir keçirilib. Modern.az saytı xəbər verir ki, tədbirdə universitetin rektoru, millət vəkili Əhməd Vəliyev, millət vəkili Qənirə Paşayeva,  “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və OYU-nun müəllim və tələbə heyyəti iştrak edib.
Tədbirdə giriş nitqi ilə çıxış edən rektor Ə.Vəliyev bildirib ki, OYU universitet olaraq yarandığı gündən Azərbaycan dövlətçiliyinin taleyi ilə bağlı olan bütün tədbirləri həmişə tələbələrlə birgə keçirib.
“Bu gün də həmin ənənə davam edir. Məqsəd ondan ibrətdir ki, gənclərimizə Azərbaycanın tarixi həqiqətlərini olduğu kimi çatdıraq ki, onlar da gələcəkdə yeni nəsilə olduğu kimi çatdıra bilsinlər”.

Deputat Q.Paşayeva bildirib ki, 31 mart təkcə Azərbaycanda yaşayan azərbaycanlılar üçün deyil, dünyanın hər yerində yaşayan 50 milyondan artıq azərbaycanlı üçün çox ağır gündü.
“31 mart soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Ona görə də biz millət, dövlət olaraq ermənilərin XX əsrin əvvələrində törətdiyi soyqırımılarına görə onların tarix qarşısında cavab verməsi üçün əlimizdən gələni etməliyik, dünya ictimayətinə daha geniş məlumatlar çatdırmalıyıq. Bu ona görə lazımdı ki, dünya ermənilərin iç üzünü daha yaxşı anlasın”.
Millət vəkili həmçinin onu da bildirib ki, “Ermənilərin törətdiyi soyqırım qurbanı: Bağanıs Ayrım” kitabının sabah Türkiyədə təqdimatı keçiriləcək.

“Şərq” qəzetin baş redaktoru A.Aşırlı, universitetin prorektoru,  hüquqşünas Samir Vəliyev və tələbələr 31 mart soyqırım tarixi ilə bağlı fikirlər səsləndiriblər.

Mail Ağaxanov  

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?