Modern.az

“Azəriqaz”da “açıq mətbuat saatı” keçiriləcək

“Azəriqaz”da “açıq mətbuat saatı” keçiriləcək

Təhsil

30 Mart 2011, 17:49

ARDNŞ-nin ən iri istehsalat birliklərindən olan “Azəriqaz” bəyan edib ki, son dövrlər ölkənin qaz təminatı sahəsində həyata keçirilən işlər nəticəsində qaz təsərrüfatında texnoloji proseslər təkmilləşdirilib, əhaliyə verilən təbii qazın həcmi və təzyiqi artırılıb. “Buna baxmayaraq, hələ də respublika ərazisində təbii qazdan düzgün istifadə edilməsi qaydalarının pozulması hallarına rast gəlinir ki, bu da arzuolunmaz hadisələrin yaranmasına səbəb olur. Bunu nəzərə alaraq, “Azəriqaz” İB tərəfindən qaz təsərrüfatında təhlükəsizlik qaydalarına riayət edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, qazlaşdırılma məsələləri ilə bağlı istehlakçıların maarifləndirilməsi tədbirləri görülür”-deyə ARDNŞ-nin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib. Bu cür silsilə tədbirlərin davamı kimi, aprelin 1-də saat 12:00-dan 13:00-dək təbii qazdan istifadədə təhlükəsizlik məsələləri ilə bağlı “açıq mətbuat saatı” keçiriləcək. Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq həmin mövzu ilə əlaqədar “Azəriqaz” İB-nin Təhlükəsizlik, Ekologiya və Keyfiyyətə nəzarət şöbəsinin rəisi Abbasəli Quliyevdən suallarına cavab ala bilərlər. Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?