Modern.az

BDU-dakı 15 vakant dekan vəzifəsi üzrə müsabiqə elan olundu

BDU-dakı 15 vakant dekan vəzifəsi üzrə müsabiqə elan olundu

Təhsil

30 Mart 2011, 18:11

Bakı Dövlət Universitetində  boş olan 15 dekan vəzifəsinin tutulması üçün müsabiqə elan olunub. Bu barədə Modern.az saytına universitetin mətbuat xidmətinin rəybəri Pərvanə İbrahimova məlumat verib. Onun sözlərinə görə, müsabiqədə BDU-nun 17 fakültəsindən 15-i iştirak edəcək.
“Müsabiqədə Hüquq, Beynəlxalq münasibətlər və beynəlxalq  hüquq, Filologiya, Tarix, Şərqşünaslıq, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq- informasiya, İlahiyyat, Mexanika-riyaziyyat, Fizika, Kimya, Biologiya, Geologiya, Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələri iştirak edəcək”.

P.İbrahimovanın sözlərinə görə, digər iki fakültənin - Jurnalistika, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanlarının səlahiyyət müddətləri başa çatdıqdan sonra həmin fakültələrdə də də müsabiqə elan ediləcək.
“Müsabiqədə kafedra müdiri vəzifəsinə müvafiq kafedranın, dekan vəzifəsinə isə fakültənin profilinə uyğun yüksək peşə-ixtisas hazırlığına, elmi ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər”.

Növbəti mərhələdə BDU-da kafedra müdiri vəzifəsini tutmaq üçün də müsabiqə elan ediləcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?