Modern.az

Azərbaycanlıların soyqırımı ilə bağlı internet-aksiyalar təşkil edilir

Azərbaycanlıların soyqırımı ilə bağlı internet-aksiyalar təşkil edilir

Təhsil

31 Mart 2011, 10:46

 İnternet-aksiyalar vasitəsi ilə 1918-ci ilin martın 31-də ermənilər tərəfindən Azərbaycan xalıqna qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş kütləvi qətliam  haqda Avropa Şurasına, Avropa Parlamentinə, BMT-nin müxtəlif strukturlarına, bir çox beynəlxalq siyasi təşkilatlara, xarici ölkələrin parlament üzvlərinə və xarici diplomatik korpuslara məlumat göndərilir.

Áksiya Gənclər və İdman Nazirliyinin təşəbbüsü, gənclər təşkilatlarının, ali və orta ixtisas təhsili müəssislərində fəaliyyət göstərən tələbə-gənclər təşkilatlarının fəal iştirakı ilə təşkil edilir.

Builki aksiyalar şərti olaraq "Gənclər terror əleyhinə" internet-aksiyası adlanır. Aksiyalar çərçivəsində ali məktəb tələbələri, müxtəlif gənclər təşkilatlarının üzvləri və regionlarda yaşayan gənclər 25 mindən çox elektron poçt ünvanına azərbaycanlıların soyqırımı haqqında məlumatlar göndərəcəklər.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırımı törədiblər. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırımına məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?