Modern.az

Gənclər bəyanat verdi

Gənclər bəyanat verdi

Təhsil

31 Mart 2011, 12:11

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib:  
“1918-ci il martın 29-dan başlayaraq ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasəti martın 30-u və 31-i ən geniş miqyas alıb. Təkcə Bakıda həmin günlər 12 minə yaxın azərbaycanlı öldürülüb. Əslində, bu heç də soyqırımın başladığı ilk tarix deyildi. Buna qədər ermənilər azərbaycanlılara qarşı 1905-06-cı illərdə kütləvi qətllər törətmişdilər. 1918-ci ilin martındakı qırğınlardan əvvəl isə həmin ilin yanvarnda ermənilər İrəvan və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edib, yüz min azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirmişdilər.

Ermənilər Bakını xarabalığa döndərimşdilər. Paytaxtdakı strateji binalar partladılmışdı. "Kaspi" mətbəəsi yanldırılmış, Göy Məscid dağılmış, Müsəlman Xeyriyyə Cəmiyyəti və Azərbaycanın siyasi elitasının qərargahı və o zamanlar siyasi beyin mərkəzi sayılan "İsmailiyyə" binası da (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) yandırılmışdı. 

Biz Gənclər Təşkilatları Milli Şurası olaraq insanlığa qarşı törədilmiş bu soyqırımı siyasətini pisləyir və dünya ictimaiyyətindən  bu hadisəyə hüquqi-siyasi qiymət verməsini tələb edirik.  

Gənclər Təşkilatları Milli Şurası bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu günə qədər gördüyü tədbirləri davam etdirməkdədir. Bir sıra beynəlxalq təşkilatların üzvü olan ARGTMŞ bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün tədbirlər planına start verib. Həmçinin Milli Şuraya üz olan təşkilatlar da bu istiqamətdə fəaliyyət qururlar. Belə ki, Milli Şuranın üzvü olan bir sıra təşkilatlar Şura vasitəsi ilə beynəlxalq təşkilatlara sözügedən soyqırımı haqqında geniş məlumat verməsi koordinasiya edilib. Həmçinin Şuraya üzv təşkilatlar özləri müstəqil şəkildə üzv olduqları təşkilatlara  da bu barədə məlumat verəcəklər.

ARGTMŞ Azərbaycan həqiqətlərinin dünyaya bəyanı istiqamətində atdığı addımlarda 1918-ci il martın 31-də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımını daim diqqət vəziyyətində saxlayır”.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?