Modern.az

"Azercell" Dövlətcell-lilərə “Bahar töhfəsi” edib

"Azercell" Dövlətcell-lilərə  “Bahar töhfəsi” edib

Təhsil

31 Mart 2011, 12:14

“Azercell” Dövlətcell tarif paketinə üzv olan abonentləri  üçün “Bahar töhfəsi” kampaniyasını keçirir. Martın 18-dən başlayan kampaniya çərçivəsində abonentlər hədiyyə dəqiqələr və telefon qazanırlar.

Dövlətcell tarif paketinin üzvləri hər ay 5-10 manat arası fakturaya görə 50 dəqiqə, 10-30 manatlıq faktura üçün 100 dəqiqə, 30-50 manat arası faktura həcminə görə 150 dəqiqə hədiyyə danışıq vaxtı almış olurlar. Əgər aylıq fakturanın həcmi 50AZN-dan çox olarsa, onda Dövlətcell abonentinə 200 dəqiqə hədiyyə olunur.

Bütün bunlardan əlavə, kampaniya müddətində hər nömrəyə ən azı 10AZN yükləyən ilk 250 Dövlətcell abonentinə “Nokia” mobil telefonu hədiyyə edilir. Nokia 1680 mobil telefonu yalnız 3 və ya artıq “Dövlətcell” nömrəsi olan abonentlərə verilir. Hədiyyə qazanan abonentlərin nömrələri bəlli olduqdan sonra kampaniyanın bitməsi haqda məlumat Azercell-in rəsmi saytında yerləşdiriləcək.

Dövlətcell-lilərə bahar sevinci yaşadan bu kampaniya 18 mart-18 iyun arasında keçirilir. Bu müddət ərzində hədiyyə olunan dəqiqələr hər ay faktura kəsiləndən sonra verilir. Hədiyyə dəqiqələr Fakturada “İstifadə haqqı” bölümündəki məbləğ və həmin məbləğə hesablanmış ƏDV əsasında təqdim olunur. Qeyd edək ki, hədiyyə edilən dəqiqələr yalnız Dövlətcell-lilər arası danışıq  üçündür.  Kampaniya haqqında ətraflı məlumatı www.azercell.com saytından əldə etmək olar.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?