Modern.az

Maşın yudurdanda, duracaqlarda açarınızı nəzarətçiyə verməyin!  

Maşın yudurdanda, duracaqlarda açarınızı nəzarətçiyə verməyin!  

Hadisə

11 Fevral 2017, 09:56

Bir çoxlar sürücü avtomobilini duracaqda  park edərkən, yuyucuya apararkən və digər bəzi hallarda açarı oradakı nəzarətçilərə, işçilərə etibar edir. Avtomobil sahibi avtomobili etibar edəcəyi şəxsin sərxoşluğu, sürücülük hüququnun olub-olmaması haqda heç nə öyrənmir. Bu isə bir çox xo.agəlməzliklərə səbəb ola bilir.
 

Məsələ ilə bağlı Modern.az-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkəti haqqında qanunda konkret bu məsələlər detalları ilə tənzimlənmir, Nazirlər Kabinetinin avtomobil qarajları və duracaqları haqqında qərarı var.

“O qərar da qapalı qarajlardan söhbət gedir. Orada qeyd olunur ki, avtomobil duracağa qoyulanda avtomobillərin qapıları bağlanmalıdır və avtomobil həmin vəziyyətdə duracağın nəzarətinə təhvil verilməlidir. Amma orada da avtomobilin açarının nəzarətçiyə təhvil verilməsi və verilməməsi ilə bağlı qeyd olunmayıb. Bu artıq avtomobil sahibinin məsuliyyəti və duracaqdakı nəzarətçilərin məsuliyyətindən aslıdır.

 

Hüquqi baxımdan burada bəzi problemlər ortaya çıxa bilər. Avtomobil sahibi açarı nəzarətçiyə verəndə öyrənmir ki, nəzarətçinin sürücülük vəsiqəsi var ya yox və ya sərxoş olub olmadığını bilmir. Əgər nəzarətçi avtomobillə qəza törədərsə və ya avtomobili yerləşdirərkən yol polisi əməkdaşı nəzarətçini saxlayanda nəzarətçinin  sürücülük vəsiqəsi olmazsa, avtomobil cərimə meydançasına yerləşdiriləcək.  Bundan əlavə avtomobili sürücülük hüququ olmadan idarə edən şəxsə cərimə yazılır, məlum olsa ki, avtomobilin sahibinin bundan xəbəri var, o zaman ona da cərimə yazılacaq. Nəzarətçi yol nəqliyyat hadisəsi törətsə, o zaman da böyük problemlər yaranacaq, sığorta zərər dəymiş avtomobilin təmir xərclərini ödəməkdən imtina edəcək”.

Hüquqşünasın sözlərinə görə, avtomobilin sahibinin ağlı olmalıdır ki, fikirləşsin avtomobili kimə etibar edir.

 

“Mən özüm avtomobili yumağa aparanda da açarı oradakı işçilərə vermirəm. Çünki əgər avtomobil harasa toxunarsa, ya başqa hadisə baş verərsə bu zaman həm mənim avtomobilimə zərər dəyəcək, həm də vaxtımı alacaq. Yaxşı olar ki, nəzarətçilər də avtomobilin açarını götürməsin, çünki bu məsuliyyətli bir işdir”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu