31 mart Soyqırımı günü münasibəti ilə Milli Məclisin deputatı Fuad Muradov Azərbaycan Dövlət Sərhəd Xidmətinin Akademiyasında zabit, gizir və kursantlarla görüş keçirib. Görüşdə xalqımızın başına gətirilən soyqırımı siyasətindən söhbət açan F.Muradov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi qırğınlar dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymətini almalıdır.
«Ermənilərin məkrli siyasəti bu gün də davam etməkdədir. 90-cı illərdə törədilən Xocalı soyqırımı bunun ən bariz nümunəsidir. Biz bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdiririk».
F.Muradov onu da əlavə edib ki, vətənimizin sərhədlərini qoruyan hərbçilərimiz daim ayıq-sayıq olmalı və məkrli düşmənə qarşı hər zaman mübarizəyə hazır olmalıdırlar.
Modern.az