Modern.az

Fəzail Ağamalının partiyası müxalifətin mitinqi ilə bağlı əhaliyə müraciət etdi

Fəzail Ağamalının partiyası müxalifətin mitinqi ilə bağlı əhaliyə müraciət etdi

Təhsil

31 Mart 2011, 16:16

31 mart 2011-ci ildə Ana Vətən Partiyasının Mərkəzi Şurasının yığıncağı keçirilib. Yığıncağda AVP sədrinin təşkilatı məsələlər üzrə müavini Etibar Quliyevin Mərkəzi Seçki Komissiyasına üzv seçildiyi üçün partiyada fəaliyyətinin dayandırılması, 31 mart azərbaycanlıların soyqırımı və ölkədəki ictimai-siyasi  vəziyyət müzakirə olunub. Mərkəzi Şura Etibar Quliyevin Partiyadakı fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib, 31 mart 1918-ci ildə azərbaycanlıların soyqırımını törətmiş  ermənilərin hələ də antibəşəri, faşist  əməllərinin davam etdirilməsinə dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatlatlarının biganə qalmasını yolverilməz hesab edib.

“Mərkəzi Şura ölkədəki ictimai-siyasi durumun hər hansı narahatçılıq törətmədiyini, sabitliyin pozulmasına səbəb ola biləcək mühitin mövcud olmadığını önə çəkib,  radikal müxalifətin son vaxtlar fəallaşmaq görüntüsünü yaratmağın, eyni zamanda radikal müxalifətlə radikal dini qruplaşmalar arasında alyansın  törədə biləcəyi fəsadların detalları  üzərində dayanıb, əhalini radikal qüvvələrin avantürasına və antimilli hərəkətlərinə qoşulmamağa səsləyib”-deyə Ana Vətən Partiyası mətbuat xidmətinin rəhbəri Babək Hacıyev Modern.az-a bildirib.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?