Modern.az

Türkiyənin ermənilərlə sərhəddində soyqırımı günü qeyd edilib

Türkiyənin ermənilərlə sərhəddində soyqırımı günü qeyd edilib

31 Mart 2011, 17:20

Modern.az saytının məlumatına görə, bu gün Türkiyənin İğdır şəhərində 31 mart Azərbaycanlıların Soyqırımı ilə əlaqədar konfrans keçirilib.

Konfransda 31 mart hadisələrində qətlə yetirilən Azərbaycan və Anadolu türklərinin xatirəsi anılıb.

Qeyd edək ki, konfrans Türkiyə-Azərbaycan Dərnəyi təşkilatçılığı, Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Tədqiqatlar mərkəzi, Türkiyə Dövlət İşçiləri Həmkarlar Təşkilatının İğdır şöbəsi və türkdilli xalqlarla əməkdaşlıq cəmiyyətinin dəstəyi ilə keçirilib.

TÜRKSAM rəhbəri Sinan Oğan ermənilərin törətdiyi vəhşiliklərdən söhbət açıb. “Soyqırımı sadəcə Bakıda deyil, İğdırdakı Azərbaycan türklərinə qarşı da törədilib”-deyə o vurğulayıb.

Konfransda iştirak edən Azərbaycanlı millət vəkilləri çıxış edərək ermənilərin etnik təmizləmə siyasətini tənqid ediblər. Millət vəkili Qənirə Paşayevanın həmmmüəllifi olduğu “Ermənilərin törətdiyi soyqırımın qurbanı – Bağanıs Ayrım” kitabınln təqdimatı da keçirilib. Bundan başqa,  sənədli filimdə nümayiş edilib.

Tədbirdə Ermənistandakı “Metsamor” Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı müraciət də səsləndirilib. Konfrans iştirakçıları ermənilərin İğdırda törətdiyi soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə əkilil qoyublar.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?