Modern.az

Metyu Brayza tələbələrlə nədən danışıb?

Metyu Brayza tələbələrlə nədən danışıb?

31 Mart 2011, 18:24

Amerika Birlərmiş Ştatlarının (ABŞ) ölkəmizdəki səfiri Metyu Brayza bu gün Xəzər Universitetində olub. Universitetə səfər edən ABŞ rəsmisi tələbələrlə görüşərək bir sıra məsələlərlə bağlı maraqlı müzakirələr aparıb. Görüş zamanı səfir daimi sülh və sabitliyin bərpası istiqamətində səy göstərdiyini söyləyib.

Tələbələri maraqlandıran sualları cavablandıran M.Brayza universitetdə təhsilin  səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, ABŞ rəsmisi bu ali təhsil ocağında təhsilin ingilis dilində aparılmasının tələbələrin dünyaya inteqrasiyasında mühüm rol oynadığını söyləyib.

Universitetin rəhbəri Hamet İsaxanlı isə Amerikanın Azərbaycandakı səfirinin Azərbaycanlı tələbələrlə görüşünün ənənə halı aldığının qeyd edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?