Modern.az

İctimai Palata Əli Kərimli ilə bağlı bəyanat yayıb

İctimai Palata Əli Kərimli ilə bağlı bəyanat yayıb

31 Mart 2011, 18:45

İctimai Palata AXCP sədri Əli Kərimliyə qarşı martın 31-də keçirilən aksiya ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, İctimai Palata bunu hakimiyyətin Azərbaycanda özünə qarşı vüsət alan ümumxalq etirazı fonunda aprelin 2-nə təyin olunmuş mitinqlə əlaqədar keçirdiyi qorxu və xofun təzahürü hesab edir.

İctimai Palata AXCP lideri Əli Kərimliyə tam dəstək verdiyini, ona qarşı təxribatları bütövlükdə demokratik qüvvələrə yönəlmiş addımlar kimi qarşıladığını bəyan edir və hakimiyyəti indiki həssas dönəmdə məsuliyyətini dərk etməyə, ölkədə prosesləri siyasi müstəvidən çıxarmaq və vətəndaş qarşıdurması yaratmaq siyasətindən əl çəkməyə çağırıb.

Qeyd edək ki, martın 31-də 50-yə yaxın adam AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında etiraz aksiyası keçirib. Partiya sədri əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Aksiyaya polis müdaxilə etməyib.
Əllərində “Əli Kərimli+ radikal islamçılar, bərabərdir xaos” və müxtəlif plakatlar tutan gənclər AXCP sədri əleyhinə şüarlar səsləndiriblər.
Aksiyaçılar müxtəlif gənclər təşkilatlarını təmsil elədiklərini bildiriblər.

Əli Kərimli "Azadlıq" radiosuna müsahibəsində deyib ki, bu aksiyanı hakimiyyət təşkil edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?