Modern.az

Meşə idarəsinin rəisi kreslonu, meşəbəyi vəzifəsini itirdi

Meşə idarəsinin rəisi kreslonu, meşəbəyi vəzifəsini itirdi

1 Aprel 2011, 09:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Masallıda qanunsuz ağac kəsmə faktları müəyyən edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2 və 8 saylı dolaylarının ərazisində ağacların qanunsuz kəsilməsi barədə daxil olan şikayət məktubları Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.  Nazirlikdən Modern-az verilən məlumata görə, nazirliyin elektron poçt ünvanına İbad Yusubov adından Masallı rayonu Qəriblər kəndi ətrafındakı meşənin gözətçisi Yaşar Məlikov tərəfindən ağacların qanunsuz kəsilməsi barədə şikayət məktubu daxil olub. Araşdırılan zaman Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 8 saylı dolayının ərazisində 85,73 m3 həcmində 68 ədəd müxtəlif cinsli ağacların (vələs, palıd, fısdıq və ağcaqayın) qanunsuz kəsilərək aparıldığı aşkar edilib.

Nazirliyin əməkdaşlarının başqa bir şikayətlə bağlı Qəriblər meşəbəyliyinin 2 saylı dolayına baxış keçirdikləri zaman həmin ərazidə 6,69 m3 həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyən edilib.

Aşkar olunan  faktlarla əlaqədar Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Abuturab Bağırov tutduğu vəzifədən azad olunub, meşəbəyi Oktay Tağıyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib, meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görülüb.

Təbiətə dəymiş ziyan meşə gözətçiləri Adil Mirzəyev və Yaşar Məlikov tərəfindən ödənilib.Hazırda həmin ərazilər nəzarətə götürülüb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?