Modern.az

Azərbaycanda unikal qızlar MƏDRƏSƏSİ: ingilis dili, informatika öyrədilir

Azərbaycanda unikal qızlar MƏDRƏSƏSİ: ingilis dili, informatika öyrədilir

14 Fevral 2017, 22:39

Azərbaycan dünyəvi dövlət olsa da, multikultural və dini dəyərlərə böyük üstünlük verir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda 2166 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.
Ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.

 

Bunlarla yanaşı, Azərbaycanda  rəsmi 3 orta ixtisas dini təhsil müəssisələri -mədrəsələr də fəaliyyət göstərir. Bunlar Şəki İslam Mədrəsəsi, Əliabadad İslam Mədrəsəsi və “Şəbnəm” Qızlar Mədrəsəsidir. “Dini etiqad azadlığı” haqqında qanuna əsasən bu təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən verilən xüsusi lisenziya əsasında fəaliyyət göstərməlidir. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu Gəncliyə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu mədrəsələr hələlik Təhsil Nazirliyindən xüsusi razılıq – lisenziya almayıblar.

“Şəbnəm” Qızlar Mədrəsəsi isə digər 2 mədrəsədən fərqlənir. Əsas fərq budur ki, burada qızlar dini təhsil alırlar.

Lakin, mədrəsənin səciyyəvi xüsusiyyəti təkcə bununla bitmir.

 

Modern.az saytı maraqlı məqamlarla bağlı kiçik araşdırma aparıb.

 

Məlum olub ki, “Şəbnəm” Qızlar Mədrəsəsinə Azərbaycanın müxtəlif bölgələrindən fiziki qüsurlu qızlar da cəlb olunur. Onlara dini fənlərlə yanaşı, Azərbaycan və ingilis dilləri, Azərbaycan tarixi, coğrafiya, informatika və digər dünyəvi elmlər tədris olunur.

Həmçinin müxtəlif əmək vərdişləri, o cümlədən toxuculuq, dərzilik və sair öyrədilir.

 

Hazırda bu mədrəsədə 200-ə yaxın tələbə təhsil alır. Onların əksəriyyəti mədrəsənin yataqxanasında qalır. Onlar gündə 3 dəfə yeməklə təmin edilir. Mədrəsənin məzunlarının bir qismi bölgələrdəki qız Quran kurslarında dərs deyirlər.

 

Qeyd edək ki, “Şəbnəm” Qızlar Mədrəsəsi Səbail rayonunun Badamdar qəsəbəsində yerləşir. Bu qurum 2003-cü ildə Dini Qurumlarıa İş üzrə Dövlət Komitəsində dini təhsil müəssisəsi kimi qeydiyyatdan keçib.

Lakin 2009-cu ildə dini qurum kimi fəaliyyət alınmayıb. Buna səbəb isə “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavə və dəyişikliklərdir. Hazırda mədrəsənin təsisçisi Qafqaz Müsəlmanları İdarəsi onun fəaliyyətinə, təhsilin keyfiyyətinə nəzarət edir.

 

Aqşin KƏRİMOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi