Modern.az

İlk kosmonavt Yuri Qaqarinlə bağlı gizli məqamlar üzə çıxıb

İlk kosmonavt Yuri Qaqarinlə bağlı gizli məqamlar üzə çıxıb

Təhsil

1 Aprel 2011, 10:49

SSRİ-nin səlahiyyətli şəxsləri rus astronavtı Yuri Qaqarinin 1961-ci ildə kosmosa uçuşu ilə bağlı yalan söylədikləri irəli sürülüb.

Modern.az saytı xarici mətbuata istinadən bildirir ki, Rusiyada dərc olunan “Dünyanı dəyişdirən 108 dəqiqə” adlı kitabda Qaqarin ilə bağlı bəzi iddialara yer verilib. Kitabda yazılanlara görə, Sövet səlahiyyətli şəxsləri astronavtın dünyaya lazım olduğu yerdən 200 mil uzağa düşdüyünü hər kəsdən gizlədiblər.

Qaqarinin kosmosa ilk dəfə çıxmasının 50-ci ildönümü ərəsində satışa çıxarılan kitabda yaızlanlara görə, elm adamlarının Qaqarinin enməsi lazım olan yeri səhv hesablamaları nəticəsində astronavt Moskvanın 500 mil cənuba düşüb. Bundan xəbəri olmadıqları üçün onu  heç kim qarşılamayıb. Nəticədə Qaqarin yerini səlahiyyətli şəxslərə bildirmək üçün əlaqə vasitəsi tapmağa çalışıb.

Rus jurnalisti Anton Pervuşin qələmə aldığı kitabda SSRİ-nin Qaqarinin dünyaya necə enməsi ilə bağlı da yalan söyləyiblər.

Astronavt deyilənlərin əksinə Vostok kosmik gəmisinin içində deyil, paraşütlə yerə enib. Kitabda

SSRİ-nin bu yalanları kosmosa yolculuğun dünya rekoru olaraq tarixə keçməsi və göstərilən qanunlara riayyyət etmək səbəbiylə söylədikləri bildirirlir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?