Modern.az

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun ad günüdür

Bu gün Milli Qəhrəman Qorxmaz Eyvazovun ad günüdür

Təhsil

1 Aprel 2011, 11:01

Bu gün Milli Qəhrəman Qorxmaz Abış oğlu Eyvazovun doğum günüdür. Qeyd edək ki, Q.Eyvazov 1967-ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində anadan olub. O, polis nəfəri kimi bir çox döyüşlərdə iştirak edib, Qazdərəsi, Suarası, Mazutlu kəndlərindəki döyüşlərdə fərqlənib, Qızartı dağı uğrunda gedən döyüşlər zamanı onun bacarığı nəticəsində düşmənin bir tankı ələ keçirilib.
Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə də xüsusi qəhrəmanlıq göstərib. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi yaxınlığında gedən döyüşdə düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin özü də həlak olub.
Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Laçın rayonu Güləbird xəstəxanası onun adını daşıyır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?