Modern.az

Baş Polis İdarəsi: “Müxalifət liderləri xəbərdarlıq üçün idarəyə çağırılmayıblar”

Baş Polis İdarəsi: “Müxalifət liderləri xəbərdarlıq üçün idarəyə çağırılmayıblar”

1 Aprel 2011, 13:01

Şəhər polisi mitinqə imkan verməyəcəyini bildirir

 

“Sabahkı aksiyanın təşkilatçıarından heç kim xəbərdarlıq üçün Bakı Şəhər Baş Polis İdarəsinə çağırılmayıb”. Bu barədə Modern.az-a İdarənin mətbuat xidmətinin rəhbəri Qalib Arif məlumat verib. Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubovun dünən axşam televiziya ilə xalqa aksiyalara çıxmamaq barədə xəbərdarlığı olub.

“Nazir bildirib ki, Bakı şəhərində qeyri-qanuni kütləvi aksiyaların keçirilməsinə imkan verilməyəcək”.

Q.Arifin sözlərinə görə, aksiya ilə bağlı müxalifət partiyalarının idarəyə dəvət edilməsi planlaşdırılımır.

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov AzTV-yə dünənki müsahibəsində vətəndaşları  müxalifətin icazəsiz mitinqlərində iştirak etməməyə çağırıb.
Nazir bəyan edib ki, hər hansı qarşıdurma polisə müqavmət kimi qiymətləndiriləcək və cinayət işi qaldırılacaq.
“Bu qeyri-qanuni aksiyanın təşkilatçıları da, aktiv iştirakçıları da qanun qarşısında cavab verəcəklər"-deyə R.Usubov vurğulayıb.

Qeyd edək ki, ənənəvi olaraq belə aksiyalardan bir gün əvvəl müxalifətçilər BŞBPİ-yə dəvət olunardı.

Modern.az

 

 

 

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?