Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bu gün Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıb.
AXCP-dən Modern.az saytına verilən məlumata görə, Əli Kərimli saat 16.00-da BŞBPİ-yə gedəcək.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Qalib Arif bir neçə saat öncə Modern.az-a bildirmişdi ki, İctimai Palatanın sabahki aksiyası ilə bağlı müxalifət partiyalarından kiminsə idarəyə dəvət edilməsi planlaşdırılımır.
Modern.az