Modern.az

Müsavat: “Mitinq heç bir halda təxirə salınmayacaq”

Müsavat: “Mitinq heç bir halda təxirə salınmayacaq”

Təhsil

1 Aprel 2011, 14:34

“İctimai Palatanın sabaha elan edilmiş aksiyası heç bir halda təxirə salnmayacaq”. Bu barədə Müsavat başqanın müavini Mehman Cavadoğlu son günlər müxalifət üvlərinin həbslərini Modern.az-a şərh edərkən bildirib. 
Onun sözlərinə görə bütün baş verənlərə rəğmən İctimai Palata etiraz aksiyasını keçirmək qərarlıdır.

“Mitinqin təxirə salınması gündəmdə deyil. Aksiya elan edilmiş vaxtda keçiriləcək”-deyə M.Cavadoğlu vurğulayıb.

Xatırladaq ki, müxalifətin sabaha təyin olunmuş aksiyası ilə bağlı  İctimai Palatanın təsisçiləri İsa Qəmbər və Əli Kərimli şəhər polis idarəsinə çağrılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?