Modern.az

Əli Kərimli general Rafiq Abbasovla görüşüb

Əli Kərimli general Rafiq Abbasovla görüşüb

1 Aprel 2011, 16:08

Şəhər prokuroru və polisinin rəisi AXCP sədrinə müxalifətin sabah keçirmək istədiyi mitinqin qanunsuz olduğunu bildiriblər.

AXCP sədri Əli Kərimli az öncə Bakı Şəhər Baş Polis İdarəsinə gedərək bu hüquq-mühafizə orqanının rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb. Bu barədə Modern.az-a AXCP -dən məlumat veriblər. Görüş zamanı general Rafiq Abbasov 2 aprel mitinqinin qeyri-qanuni olduğunu bildirib. AXCP sədri isə qeyd edib ki, mitinq qanunsuz deyil və Konstitusiya ilə nəzərdə tutulan hüquqlar çərçivəsində keçirilir. Ə.Kərimli bildirib ki, aksiyada üçüncü qüvvələrin təxribat salmağına polis imkan verməməlidir.

AXCP sədri həmçinin mitinq ərəfəsində saxlanılan və həbs edilən müxalifət tərəfdarlarının saxlanma səbəblərini soruşub. General Rafiq Abbasov bildirib ki, onların saxlanması 2 aprel aksiyası ilə bağlı deyil. Bakı Şəhər Baş Polis İdarəsinin qarşısına ATƏT-in, Avropa Şurasının Bakı ofisinin və Böyük Britaniya səfiriliyinin nümayəndələri də gəlib. Bundan savayı, binanın qarşısnda xeyli sayda jurnalist olub.
Görüşdən sonra Ə.Kərimli jurnalistlərə açıqlama verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?