Modern.az

Jurnalist evlərinin tikiləcəyi ərazidə işlər başlanıb

Jurnalist evlərinin tikiləcəyi ərazidə işlər başlanıb

Media

1 Aprel 2011, 17:48

Səbail rayonunun "20-ci sahə" deyilən ərazisində media nümayəndələrinə ayrılan torpaq sahəsində qazıntılar aparılır 


Jurnalistlər üçün nəzərdə tutulan yaşayış binasının tikiləcəyi yerdə işlərə start verilib. Səbail rayonunun "20-ci sahə" deyilən ərazisində, 6 saylı peşə məktəbinin yaxınlığında artıq binanın özülünün atılacağı yerlər qazılır.

İşi «Azərrabitəinşaat» Açıq Tipli Səhmdar Cəmiyyət(ASC) görür. Bu barədə “Azadlıq” radiosuna tikinti üzrə sahə rəisi Qaçay Quliyev məlumat verib.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondundan verilən məlumata görə, hələlik ərazidə sadəcə abadlıq işləri aparılır ki, tikintiyə başlamaq mümkün olsun.

Jurnalistlər üçün tikilən bina iki bloklu 17 mərtəbəli olacaq. İşlərin il yarıma, iki ilə yekunlaşacağı bildirilir.

Prezident İlham Əliyev 2010-cu il iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda Prezidentinin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılması ilə bağlı Maliyyə Nazirliyinə tapşırıq verilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar