Modern.az

İri marketlər: “Qiymətləri endirməyəcəyik!”

İri marketlər: “Qiymətləri endirməyəcəyik!”

17 Fevral 2017, 13:49

Son günlərdə dolların məzənnəsində aşağı düşmə müşahidə olunub.  Bu proses hələ ki qiymətlərin kütləvi dəyişməsinə təsir etməyib. Dollar ucuzlaşarsa, qiymətlər düşə bilər?

Modern.az saytının əməkdaşı bu sualla super-marketlərə sorğu ünvanlayıb.

“Rahat market”in rəsmisi: “Onu deyim ki marketimizdəki qiymətlər bilavasitə firmaların və istehsalçı şirkətlərdən alıdığımı malların qiymətindən asılıdır. Marketimizdə qiymət dəyişikliyinin edilib-edilməməsi barədə hazırda heç bir söz deyə bilmərik”.

 

“Neptun market”in rəsmisi: “Bizdə qiymətlər olduğu kimi qalır. Heç bir dəyişiklik yoxdur”.

 

Əlaqə saxladığımız digər iri marketlərdən qiymətləri endirmək haqda düşünmədiklərini bildirdilər.


Leyla Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?