Modern.az

BANK BTB-yə yeni sədr təyin olundu  

BANK BTB-yə yeni sədr təyin olundu   

17 Fevral 2017, 15:44

Bank BTB ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə Emil Rzayev təyin olunub. 

Bu haqda Modern.az-a bankdan bildirilib.  

Emil Rzayev 21  ildir ki, bank sektorunda fəaliyyət göstərir. Bunlardan 14  il ərzində yüksək vəzifələrdə çalışıb.

Bank BTB-nın müşahidə şurasında da dəyişikliklər baş verib. Banka əvvəl sədrlik edən Samir Qocayev Müşahidə Şurasında Asim Salamovu əvəz edib. Hal-hazırda Müşahidə Şurasının tərkibi 3 nəfərdən ibarətdir.

Bank BTB 2010-ci ildən yaradılıb. Bu gün bank 10 filial, 6 şöbə  və Baş ofisdə yerləşən Müştəri Xidmətləri Departamenti ilə təmsil olunub.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər