Modern.az

Yeddi hərbçi qar uçqununda həlak olub

Yeddi hərbçi qar uçqununda həlak olub

17 Fevral 2017, 16:25

Qazaxıstanın Jambıl vilayətində hərbi döyüş hazırlığı üzrə təlim zamanı qar uçqunu baş verib.

Modern.az xarici mediaya istinadən bildirir ki, Koksay dərəsindəki faciə zamanı ciddi itki qeydə alınıb. 

Son məlumata görə, qar uçqunu altında indiyədək 7 hərbçinin meyiti tapılıb. 

10 hərbçinin xilas edildiyi bildirilir. 

Axtarışlar davam edir, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə operativ qərargah yaradılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi