Modern.az

Kəlbəcərli uşaqlar Yaponiya səfirliyində olacaqlar

Kəlbəcərli uşaqlar Yaponiya səfirliyində olacaqlar

1 Aprel 2011, 19:46

Aprelin 2-də saat 11-də Kəlbəcər rayonundan olan 4-5-ci sinfin məcbüri köçkün  şagirdlər Yaponiyanın Azərbaycandakı səfirliyində olacaqlar. Bu barədə Modern.az sayıtına Kəlbəcər rayon 22 saylı orta məktəbin direktoru Əkbər Sarıyev məlumat verib.
Ə.Sarıyev bildirib ki, 20-dən artıq 10-12 yaşlı şagirdlər ona müraciət edərək bildiriblər ki, Kəlbəcərin işğal günü Yaponiya səfirliyini ziyarət etmək istəyirlər.
“Onlar Yaponiyada təbii fəlakət zamanı həlak olanların xatirəsini yad etmək istəyirlər, mən də təbii ki, buna etiraz edə bilməzdim. Bununla kəlbəcərli məcbüri köçkün şagirdlər Yaponiyadakı təbii fəlakət nəticəsində zərər çəkmiş öz həmyaşıdlarının dərdinə şərik çıxdıqlarını bildirmək istəyirlər. Biz də uşaqlarin istəyinə qoşuluruq, şagirdlərin Kəlbəcərin işğal günündə belə bir tədbir keçirmələrini təqdir edirik. Hesab edirəm ki, dünya səviyyəsində səs salacaq bir məsələ olacaq”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?