Modern.az

Xaricdə təhsil almış gənclərin PROBLEMİ - Onlar iş tapa bilirlərmi...

Xaricdə təhsil almış gənclərin PROBLEMİ - Onlar iş tapa bilirlərmi...

18 Fevral 2017, 10:38

2007-2015-ci illəri əhatə etmiş Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı bitəndən sonra rəsmi qaydada ölkə hüdudlarından kənara oxumağa heç kim göndərilmir.

Amma dövlət hesabına xaricdə təhsil almaq istəyən istedadlı gənclər az deyil və maddi imkanları onlara öz hesablarına xaricə getməyə mane olur.


Sevindirici hal odur ki, 2007-2015-ci illəri əhatə edən xaricdə təhsillə bağlı Dövlət Proqramı bir çox gənclərə xaricdə təhsil almaq şansı yaradıb.

Bəzi məlumatlara görə, dövlət xətti ilə xaricdə ali təhsil alıb geri qayıtmış məzunların əksəriyyəti hazırda işsizdir. Əgər belədirsə, onda həmin məzunların təhsilinə dövlət vəsaiti xərcləmək nəyə lazım idi?


Amma Təhsil Nazirliyi bu məlumatları istisna edir. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov  Modern.az-ın sorğusunu cavablandırarkən deyib ki, xaricdə təhsillə bağlı Dövlət Proqramına qoşulan tələbələr işlə təmin edilib.

“2007-2015-ci il xaricdə təhsil dövlət proqramı çərçivəsində indiyə qədər 2558 nəfər təqaüdçü olaraq xaricdə təhsil almaq imkanı qazanıb. Onların 1500-dən çoxu artıq vətənə qayıdıb. Burada çalışırlar. Həmin məzunların 40%-i dövlət sektorunda, 60%-ə yaxını isə özəl sektorda müxtəlif şirkətlərdə çalışırlar. Eyni zamanda, 2000 nəfər tələbə hazırda xaricdə təhsillərini davam etdirir. Sonuncu təqaüdçü 2021-ci ildə təhsilini yekunlaşdırıb vətənə qayıdacaq. Səhv etmirəmsə, o vaxt rezidentura mərhələsində olacaq”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir