Modern.az

Xəzərdən tapılan meyitin itkin neftçi olduğu dəqiqləşdi

Xəzərdən tapılan meyitin itkin neftçi olduğu dəqiqləşdi

18 Fevral 2017, 13:48

Ötən gün balıqçıların Xəzər dənizində tapdığı meyitin itkin neftçilərdən biri olduğu dəqiqləşib.

Modern.az-ın məlumatına görə, bu barədə Neftçilərin Hüquqlarını Müdfiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, fevralın 17-də axşam saatlarında Qaradağ rayonunun Pirsaat ərazisində, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanovun cəsədidir.

Xatırladaq ki, 15 dekabr 2016-cı ildə səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsi və ona bitişik olan meydançanı, həmçinin üzərindəki yaşayış budkasını da uçurub. 

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 

Beləliklə, itkinlərdən hələ ki 3-ü tapılıb - İlham Qafarov, Həsənağa Hacıəliy, Vidadi Qurbanov.


Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu