Müxalifətin sabah baş tutacaq mitinqində jurnalistlərin təhlükəsizliyini müdafiə etmək üçün gödəkçələr paylanıb. Bu barədə Modern.az-a Mətbuat Şurasının icracı katibi Rəhim Hüseynzadə məlumat verib. Onun sözlərinə görə, bunun üçün Mətbuat Şurasına müraciət edən bütün redaksiyalar gödəkçələrlə təmin olunub.
“Jurnalistləri xəbərdar etmişik ki, sabah peşə fəaıliyyətlərini yerinə yetirərkən həmin gödəkçələrdən istifadə etsinlər”.
R.Hüseynzadə eyni zamanda bildirib ki, sabah Mətbuat Şurasının monitorinq qurupu da fəaliyyət göstərəcək.
“Bizim monitorinq qurupu var. Sabah da fəaliyyət göstərəcək. Biz jurnalistlərə tövsiyə etmişik ki, yalnız öz peşə fəaliyyətlətini yerinə yetirsinlər”.
Müsahibimiz deyib ki, sabah Mətbuat Şurasının çalışanları iş başında olacaq.
“Sabah biz də çalışaçağıq, jurnalistləri məlumatlandıraçağıq. Əflatun Amaşovun da mənim də telefon nömrəmi əksər jurnalistlər bilir. Digər şəhər nömrələri də aktiv olacaq. Hər hansı sualı olanlar zəng vura bilərlər”.
Sədaqət SÜLEYMANOVA