Modern.az

Su filtri satan dəllallar - "Azərsu" xəbərdarlıq edir, ekspert məhkəməyə çağırır... - PROBLEM

Su filtri satan dəllallar - "Azərsu" xəbərdarlıq edir, ekspert məhkəməyə çağırır... - PROBLEM

18 Fevral 2017, 14:39

Dünyanın hər yerdə olduğu olduğu kimi Azərbaycanda da içməli suyun təmin edilməsi üçün müəyyən addımlar atılır. Ancaq bəzi işbazlar mənzillərə verilən suyun keyfiyyətsiz olduğunu iddia edərək, müəyyən testlərlə bunu sübut etmək istəyirlər.
Son  vaxtlar Bakıda su filtri satışı ilə məşğul olan firmalar və onların qapı-qapı gəzən əməkdaşları xeyli fəallaşıblar. Onlar sakinləri içdikləri suyun yararsız olmasına inandırmağa çalışır, əllərindəki filtri satmayana qədər əl çəkmirlər.

Bu testlər nə qədər doğrudur?...Həqiqətən də içməli suyumuz zərərlidir?


Məsələ ilə bağlı Modern.az saytına danışan “Su İstehlakçıları” Birliyinin sədri Dövlət Məmmədov həmin şəxslərin fırıldaçı olduğu qənaətindədidr:

““Azərsu” onları məhkəməyə verməlidir!”

“Suyun tərkibində elementlər var: kalsium, maqnezium, dəmir və başqaları. Orta məktəbin fizika fənnindən məlum olduğu kimi, elektroliz cihazını suyun içərisinə saldıqda orada elektriklə reaksiya gedir. Reaksiya gedəndə əvvəl su saralır, sonra isə qaralır. Bu o deməkdir ki, həmin su saf sudur, onun tərkibində insan orqanizminə lazım olan minerallar var. İnsan orqanizminə lazım olan maddələr var ki, onlar su vasitəsi ilə orqanizmə keçir.
Su filtri satan saxtakarlar evlərə gəlib 800, 1000, 1500 manat və daha baha qiymətlər oxuyur, camaatı aldatmağa çalışırlar. Azərbaycandan başqa dünyanın heçbir yerində bu filtrləri almırlar. O filtrdən çıxan su ölü sudur. Onun tərkibində insan orqanizminə lazım olan heç bir maddə qalmır. Bunlar cinayət törədirlər. Əfsuslar olsun ki, hökumət tərəfindən buna nəzarət çox zəifdir.  Suyun tərkibində minerallar yoxdursa o içilməli deyil. Xalqın düşməni olan o cür “biznesmenlər” öz mənafeləri naminə aldırlar.
“Azərsu” belə firmaları məhkəməyə verməlidir. Hökumət milyonlarla xərc çəkir, insanları içməli su ilə təmin edir, hansısa bir biznesmen öz maraqları naminə fırıldaqçılıq edib insanları aldadır. Ceyranbatanda su təmizlənir, ultrafiltrdən keçir ki, insanlar üçün təmiz su verilsin. Filtr satanlar isə gəlib evlərdə fokus göstərərək, insanlara sübut etməyə çalışırlar ki, hökumətin insanlara verdiyi sular zərərlidir, öz satdıqları aparat yaxşıdır”.

“Suyun təmiz olduğunu bilmək üçün insanın dad bilmə orqanları var”

Dövlət Məmmədovun sözlərinə görə, içdiyimiz suyun təmiz olub-olmadığını heç bir cihaza ehtiyac olmadan  ayırd edə bilərik:

“Suyun təmiz olduğunu bilmək üçün insanın dadbilmə orqanları var. İnsan bilir ki, hansı su içməlidir, hansı yox. Əgər sudan qoxu gəlmirsə, heç bir yad tam yoxdursa, demək bu normal sudur. Bəzən olur ki, ağır su olur, buna da “qara su” deyirlər, içəndə sanki adamın mədəsində ağırlıq olur.

Bəzi xanımlar deyir ki, çaydanımız ərp bağlayır. Ərp bağlamaq o deməkdir ki, suyun tərkibində insan orqanizminə lazım olan minerallar var. İnsan orqanizminə lazım olan metallar qaynayanda çaydanın kənarına yapışır. Əgər çaydan ərp bağlamırsa, demək ki, bu suda insana lazım olan heç bir mineral yoxdur.

Suyu birbaşa krandan içmək lazımdır. Amma bunun üçün kran ən azından yarım dəqiqə açılmalıdır, çünki dəmir boru ilə çəkilən su xətlərində zamanla paslanma müşahidə edilir. Su yarım dəqiqə axanda təmizlənir, bu suyun deyil, borunun problemidir. Su qaynayandan sonra onun tərkibindəki minerallar çıxır. Qaynanmış suyu su olmayan yerlərdə və kanal suyunun olduğu yerlərdə içmək lazımdır. Harada dövlət tərəfindən su çəkilməyibsə, kanaldan su istifadə edilirsə, suyu qaynadıb içmək lazımdır. Belə hallara əsasən Aran bölgəsində rast gəlinir. Dağ yerlərində su birbaşa bulaqdan götürülür, içilir”.

“Camaatımız işbazlara elə rahat aldanır ki...”

“Azərsu” ACS-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da insanları belə kələkbazlara aldanmamağa çağırıb:

“Özünü "Dinamik okean" şirkətinin əməkdaşı kimi təqdim edən və İqtisad Universitetini audit ixtisası üzrə bitirmiş gənc oglan axşam saatlarında dostumun qapısını döyüb və əlində filtr suyun keyfiyyətini yoxlayacagini bildirib. Dostum telefonla zeng edib dəstəyi mənə verir, həmin gənc oglanla kiçik bir dialoqum oldu.
Sənin ixtisasın nədir?
- İqtisadçı.
- Sən nə bioloqsan, nə də kimyaçı. Suyu necə yoxlayacaqsan?
- Bəyəm hamı ixtisasına uyğun işləyir?
- Onda bəlkə həkim-ginekoloqluq edəsən
... səs gəlmir..
Bu filtr (süzgəc) satanlar...Xalqa nömrə gələnlərdir”.

Anar Cəbrayıllı bildirib ki, filtr satan işbazlar insanların çoxunun məlumatsızlığından istifadə edirlər.

“Tdsmetr adlı cihazları var, termometrden bir az boyuk cihazdır. Suya salan kimi elektrik keçiriciliyini müəyyən edir. Bu, bizim sularda 400-600 arası dəyişir. Norma 2500-ə qədərdir. Deyirlər ki, “bu 200-dən çox olanda su çirkli deməkdi”r. Anlamırlar ki, elektrik keçiriciliyinin çirkliliyə nə aidiyyatı var?.
“Azərsu”yun saytında suyun əsas keyfiyyət göztəricilərini yerləşdirmişik.

Təəssüf ki, camaatımız işbazlara elə rahat aldanır ki... Muncuq düzənlər, pensiya artıranlar, testsiz instituta qəbul, nə bilim nələr...”.


Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub