Bu saatlarda Müsavat, AXCP, AMİP və digər müxalifət qüvvələrinin birləşdiyi İctimai Palata saat 14-də paytaxtın mərkəzində, Fəvvarələr meydanına təyin etdiyi mitinqə hazırlaşır. Modern.az-ın məlumatına görə, İctimai Palata bəyan edib ki, icazə verilməməsinə baxmayaraq, mitinqin nə vaxtı, nə də yeri dəyişib. İctimai Palatanın Koordinasiya Şurası hakimiyyətdən aksiya çün yeni meydan təklifi gözləsə də, bu saata qədər BŞİH-dən təklif gəlməyib.
Hadisələrin gedişi barədə Modern.az sonrakı saatlarda ardıcıl məlumat verəcək.
***
Son məlumatlara görə, polis Fəvvarələr meydanının nəzarətə alıb. Aksiyada iştirak etmək üçün Sumqayıtdan, Salyandan Bakıya gələn müxalifətçilərin saxlanıldığı bildirlir.
***
"Azadlıq" radiosunun əməkdaşları deyirlər ki, jurnalistlərin hərəkəti məhdudlaşdırılıb. Özünü təqdim etməyən polis polkovnik-leytenantı jurnalistlərə qarşı təxribat gözləndiyini bildirib və onları qorumaq üçün 8 nəfər polis ayırıb.
Amma bir qədər sonra jurnalistlərin də «Fəvvarələr meydanı»na girişinə icazə verilməyib. Kordon quran mülki geyimlilər buna imkan verməyiblər.
***
Bu saatlarda müxalifətin icazəsiz mitinqi başlayıb
Modern.az