Modern.az

Mübariz Qurbanlı və Siyavuş Novruzov da Fəvvarələr meydanına gediblər

Mübariz Qurbanlı və Siyavuş Novruzov da Fəvvarələr meydanına gediblər

2 Aprel 2011, 14:15

Bu saatlarda müxalifətin birləşdiyi İctimai Palata Fəvvarələr meydanı həndəvərində icazəsiz mitinq keçirməyə cəhd göstərir.
Hadisələri müşahidə edən jurnalistlər Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatlar Mübariz Qurbanlı  və Siyavuş Novruzovu da Fəvvarələr meydanın yaxınlığında görüblər.
M.Qurbanlı müxalifətin icazəsiz aksiyasına belə münasibət bildirib:
«Bura istirahət yeridir, mitinq yeri deyil».

Onun yanında olan deputat Siyavuş Novruzovsa "Azadlıq" radiosuna açıqlama verməkdən imtina edib.

Mübariz Qurbanlısa deyib ki, onlar martın 12-də olduğu kimi, «Fəvvarələr meydanı»nda yeyib-içməyə gedirlər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?