Modern.az

Polis Arif Hacılını da həbs etdi, Şahvələd Çobanoğlunu da

Polis Arif Hacılını da həbs etdi, Şahvələd Çobanoğlunu da

Təhsil

2 Aprel 2011, 14:46

Modern.az-ın məlumatına görə, bu saatlarda İctimai Palata üzvləri Fəvvarələr meydanı həndəvərində “İstefa!” şüarları ilə icazəsiz aksiyaları davam etdirirlər.
Aksiya iştirakçılarından çoxlu döyülənlər və həbs olunanlar var. Daxili Qoşunların əməkdaşları icazəsiz mitinqə qoşulanları döyərək maşınlara oturdurlar.
Əməkdaşımız bildirib ki, bir qədər öncə Müsavatın icra aparatının rəhbəri Arif Hacılı da həbs olunub.
Aksiyanı müşahidə edən hüquq müdafiəçisi Səidə Qocamanlı əməkdaşımıza bildirib ki, 100-ə yaxın mitinq iştirakçısı saxlanılıb. Onların arasında 3 qadın da var. Polis üstündə jurnalist vəsiqəsi olmayan Şahvələd Çobanoğlunu yenidən saxlayıb.

Aksiyanı ATƏT-in Bakı ofisinin nümayəndəsi də izləyir.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar