Modern.az

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

İsmayıl Ömərov: “Səhərdən telefonum susmur”

20 Fevral 2017, 17:27

Bu gün tanınmış telejurnalist, 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru olmuş İsmayıl Ömərovun 62 yaşı tamam olub.


Doğum günü münasibətlə Modern.az-a danışan İsmayıl Ömərov heç vaxt təmtəraqlı ad günləri keçirmədiyini deyib.

“Doğum günümü sakit keçirmək fikrim var. Ailə üzvlərim yanımdadır. Onlarla birgə doğum günümü qeyd edəcəyik. Səhərdən telefonum susmur. Dostlar, yaxınlar dayanmadan zəng edib təbrik edir, ürək sözlərini deyirlər. Təbrik edən hər kəsə minnətdarlığımı bildirirəm. Heç vaxt dəbdəbəli doğum günləri keçirməmişəm. Bu dəfə də ənənəyə sadiq qalacam”.

 “Qocalmaqdan qorxmursunuz ki” sualını İsmayıl Ömərov belə cavablandırıb.

“Mənə elə gəlir, müəyyən insanlar var ki, ruhən heç vaxt qocalmır. Mən inanmıram ki, qocala bilərəm. Həyat çox gözəldir. Onu daha mənalı yaşamaq lazımdır”.

Yaradıcılığına gəlincə, “yaradıcılığım hələ ki, özümə məxsusdur. Yeniliklər barədə nəsə deyə bilməyəcəm”-deyə İsmayıl Ömərov cavab verib.

Qeyd edək ki, İsmayıl Ömərov 1954-cü ilin bu günü Gürcüstan Respublikasının Borçalı mahalında Bolnisi rayonunun Kvemo-Bolnisi(Kəpənəkçikəndi) kəndində anadan olub. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2005-2013-cü illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsində işləyib.

Namidə BİNGÖL

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir