Modern.az

Azay Quliyev Vyanaya gedir

Azay Quliyev Vyanaya gedir

20 Fevral 2017, 18:00

ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun fevralın 23-24-də Vyanada keçiriləcək 16-cı qış sessiyasında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə A.Quliyevin "Tvitter" hesabından yaydığı məlumatda deyilir.

ATƏT PA-nın rəsmi saytında verilən məlumata görə, qış sessiyasında ilk olaraq Daimi Komitənin iclası keçiriləcək. Plenar iclasda “Böhran dövründə insan hüquqlarının qorunması” mövzusunda xüsusi debat da təşkil olunacaq.

 

Sessiya çərçivəsində ATƏT-in sədri və Avstriyanın xarici işlər naziri Sebastian Kurtsun, ATƏT PA-nın prezidenti Kristin Muttone və ATƏT PA-nın baş katibi Roberto Montellanın məruzələri dinləniləcək.

 

Daimi Komitənin iclasında ATƏT PA-nın Əsasnaməsinə əlavə və dəyişikliklər olunması məsələsi də müzakirə olunacaq.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi