Modern.az

Qadın sərhəddi keçmək üçün çemodana girdi

Qadın sərhəddi keçmək üçün çemodana girdi

20 Fevral 2017, 21:26

Türkiyəyə girişinə qadağa qoyulan Gürcüstan vətəndaşı sərhədi keçmək üçün maraqlı üsula əl atıb. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Sarp gömrük məntəqəsində qeydə alınıb. Sənədlərin yoxlanışı zamanı gürcüstanlı S.A-nın qeyri-adi davranışı gömrük əməkdaşlarının diqqətini çəkib. Polis ondan çamadanını açmağı tələb edib. Çamadandan S.A-nın sevgilisi, 3 ay əvvəl Türkiyədən deportasiya olunmuş M.M çıxıb.  38 yaşlı qadın və bu işdə ona kömək edən sevgilisi saxlanılıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub