Modern.az

“Qaradağlıda soyqırımı törədənlər Ermənistanda vəzifədədirlər”

“Qaradağlıda soyqırımı törədənlər Ermənistanda vəzifədədirlər”

Aktual

20 Fevral 2017, 21:59

Antalyada Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib. Modern.az saytı xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə baş tutan “Xocalı Soyqırımı: Türk dünyasınını acıları, problemləri və həlli yolları" adlı konfransda dünyanın hər yerində yaşayan Türklər Xocalıya ədalət kampaniyasına qoşulmağa çağırılıb. Antalya Türk Ocakları, Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Akdeniz Universitetinin dəstəyi ilə keçirilən konfransın açılışında Antalya Türk Ocaqlarının başqanı Abdullah Uysal və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Dr.Nəcibə Nəsibova  çıxış edərək Türk dünyasının problemlərinin həlli üçün birliyin, bərabərliyin artmasının önəmindən danışıblar.

Millət vəkili Qənirə Paşayeva iştirakçılara Qarabağ münaqişəsi, Xocalı Soyqırımı barədə geniş məlumat verdikdən sonra bu soyqırımı zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb: “Etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır. Biz heç bir zaman, dünyanın heç bir yerində insanların öldürülməsinə tərəfdar olan bir cəmiyyət, millət olmadıq, amma yüzlərlə insan Ermənistan əsgərləri tərəfindən qətl edilərkən dünya susqun qaldı? Niyə səslərini heç eşitmədik? Ölənlər hansı millətdən olursa-olsun əvvəlcə insandır. Biz hələ də o səsləri yetəri qədər eşitmirik! Bu bir insanlıq utancıdır! Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırımı törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ də ədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Mən belə bir şeyi həzm etmərəm, babalarıma da belə bir ləkə vurulmasını əsla qəbul etmərəm və biz hamımız bu yalanlara qarşı birgə mübarizə aparmalıyıq. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların,  qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik”.

Millət vəkili Q.Paşayeva Türk gəncliyini virtual dünyanın imkanlarından geniş istiqadə edərək həqiqətlərin daha geniş yayılmasında aktiv olmağa çağırıb. Türk dünyanını yaşadığı digər ağrı və acılardan  da danışan millət vəkili Q.Paşayeva üzləşdiyimiz acıların, problelərin daha tez həllinin Türk dövlət və toplumları olaraq birliyimizi, bərabərliyimizi daha da gücləndirmədən keçdiyini bildirib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?