Modern.az

Yeni NISSAN PATROL indi daha sərfəli qiymətlə... ®

Yeni NISSAN PATROL indi daha sərfəli qiymətlə...  ®

Təhsil

2 Aprel 2011, 16:47


Yeni Nissan Patrol əvvəlki tək, güclü və rəqabətdə güzəştə getməyən avtomobil olaraq qalır. Silindrləri “V” formasında yerləşmiş 8 silindrli mühərrik qazbölüşdürmə fazalarının və klapanların açılma dərəcəsinin tənzimlənməsi sistemi (VVEL)birbaşa yanacaqpüskürmə sistemi (DIG) ilə təchiz olunub. Məhz bu sistemin sayəsində Patrol yanacaq sərfiyyatı baxımından çox qənaətcildir. Belə ki, sınaq yürüşləri zamanı Nissan Patrol 140 litrlik yanacaq çəni ilə Abu-Dabidən Ər-Riyada qədərki 1000 km-lik yolu qət etmişdir. Testin sonunda aparılan yoxlamalar zamanı məlum olmuşdur ki, avtomobilin çənində qalmış yanacaqla hələ 100 km məsafə qət etmək mümkündür. 
O, öz sinfində ən güclü mühərrikə, yüksək komfort səviyyəsinə, optimal şəkildə uzlaşdırılmış yüksək texnologiyalı sistemlərə malikdir və bu avtomobilin idarə olunması sürücüyə böyük zövq verir.

Nissan Patrol əvvəlki kimi öz sinfində ən geniş avtomobildir. İkinci cərgədə oturan sərnişinlərin ayaqları üçün məkan 100 mm artırılıb, üçüncü cərgə də genişlənib.
Mühərrik 7 pilləli avtomat transmissiya ilə tandemdə işləyir. Bu transmissiyanın sayəsində avtomobil mühərrikin fırlanma anını rəqib avtomobillərə nisbətən daha sürətlə və effektiv şəkildə təkərlərə ötürür. 

Yeni Patrol-a dünyada ilk dəfə kuzovun yırğalanmasını məhdudlaşdıran hidravlik sistem (HBMC) quraşdırılmışdır. Bu sistem Nissan tərəfindən hazırlanıb. O, kuzovun horizontal vəziyyətini mühafizə edir və hərəkət zolağı dəyişdirilən zaman və ya döngələrdə onun yanlara doğru yırğalanmasını azaldır. Beləliklə, bu sistem şəhər şəraitində avtomobilin komfortlu hərəkətini və nahamar və ya qumlu yerlərdə hərəkətin dayanıqlığını təmin edir.
Dörd təkərin hamısı üçün yeni müstəqil asqı Nissan Patrol-un idarəetmə olunmasının daha bir mühüm elementidir. HBMC sistemi ilə yeni asqının kombinasiyası normal yollarda və yol şəraitinin pis olduğu yerlərdə avtomobilin rahat idarə olunmasını və dayanıqlığını xeyli artırır.
Bundan başqa, Nissan Patrol yenidən işlənib hazırlanmış tam ötürücülü ALL MODE 4x4 sistemi ilə təchiz olunub, bu sistemin sayəsində sürücü bircə dəfə burmancı burmaqla “qum”, “yolsuzluq”, “qar” və “daşlar” rejimlərini cəld seçmək imkanına malikdir. 
Yeni Nissan Patrol altı təhlükəsizlik yastığı, habelə tamamilə yenilənmiş klimat-kontrolla (“hava pərdəsi” funksiyası ilə) təchiz olunub. Yan pəncərələrin hər birinin üzərində quraşdırılmış kiçik “hava yolları” güclü soyuq hava axını yaradır. Nəticədə “hava pərdəsi” yaranır, o, bir növ isti havanın salona daxil olmasına imkan verməyən maneə rolunu oynayır, bu isə isti iqlimli ölkələr üçün önəmli funksiyadır. 
Yeni Nissan Patrol-u NISSAN avtomobillərinin Azərbaycanda rəsmi distribütoru “Nurgün Motors”un salonlarından daha sərfəli şərtlərlə 78 500 dollardan başlayan qiymətlərlə əldə edə bilərsiniz.



NISSAN   getdiyin yolları
_DƏYİŞ
Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar:     Bakı şəhəri, Babək pr-ti, 31, Salamzadə küç.2
Telefonlar:   (+994 12) 448 38 38, 430 81 41 
Faks:            (+994 12) 447 46 87

                      Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon:       (+994 22) 56 57 00

                      Şəki Şəhəri, M.Ə.Rəsulzadə küç 2.
Telefon:        (+994 44) 277 13 97                    

E-mail:         [email protected]
Rəsmi sayt: www.nissan.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı