Modern.az

“Birinci vitse-prezident postuna ən layiqli şəxs gətirildi”

“Birinci vitse-prezident postuna ən layiqli şəxs gətirildi”

21 Fevral 2017, 13:54

Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

Modern.az xəbər ki, Milli Məclisin komitə sədrləri bu təyinatı vaxtında verilmiş qərar hesab edirlər.


 Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə:

“Mehriban Əliyevanın birinci vitse-prezident seçilməsi çox yaxşı haldır. Bu xəbəri çox xoş qarşıladım. Mehriban xanım Azərbaycan maraqlarını daim dünyada təmsil edib. Bundan sonra da belə olacaq. Hesab edirəm ki, Azərbaycanda birinci vitse-prezident postuna ən layiqli şəxs gətirilib”.

 

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov:

“Mehriban xanım uzun müddətdir Azərbaycan maraqlarını dünyanın bir çox ölkələrində təmsil edib, həm də Milli Məclisin deputatı kimi, UNESCO-nun səfiri kimi bunun şahidi olmuşuq. O cümlədən mötəbər tədbirlərdə yaranan komitələrin rəhbəri olub. Azərbaycan mədəniyyətinin tanınmasında, Azərbaycan xalqının maraqlarının müdafiə olunmasında xüsusi xidmətlər göstərib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı bütün dünya ölkələrində maraqlarımızı təmsil edib.  Mehriban xanımın birinci vitse-prezident təyin olunması çox yerində və zəruri olan bir addımdır”.

 


Qafar Ağayev

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir