Modern.az

Salyan-Hacıqabul rayonlarında baş vermiş torpaq aralanması nəyin əlamətidir?

Salyan-Hacıqabul rayonlarında baş vermiş torpaq aralanması nəyin əlamətidir?

Təhsil

2 Aprel 2011, 16:57

14-28 fevral 2011-ci il tarixlərində Salyan-Hacıqabul rayonları ərazisində maqnitudası 2,3-2,8 bal gücündə olan zəlzələlərdən sonra Hacıqabul rayonu ərazisində baş vermiş torpaq aralanması hadisəsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri həmin əraziyə baxış keçiriblər.
Baxış zamanı ərazidə baş verən torpaq parçalanmasının Qərbi Xəzər lineamentinin aktivləşməsinin nəticəsində əmələ gəldiyi müəyyən olunubr.
Hacıqabul və Qobustan rayonları bu translitosfer yarığının üzərində yerləşdiyinə görə Hacıqabul rayonunda 05 mart 2011-ci il tarixdə maqnitudası 3,5 bal gücündə olan zəlzələ baş vermiş, Qobustan rayonu ərazisində isə 13 mart 2011-ci il tarixində Şixzairli və Ərəbşahverdi palçıq vulkanları aktivləşmişdir.
Lineamentin təsir zonasında yerləşən Kürsəngi-Xıdırlı sahəsində bir neçə palçıq vulkanı qrifonları da bu tarixlərdə aktivləşib. Neotektonik aktivləşmə nəticəsində Qərbi Xəzər translitosfer yarığı boyunca yerləşən Muğanlı, Şərədil və Acıdərə (Bakı –Şamaxı yolunun 106-107-ci kilometrliyi) sürüşmə sahələrində də aktivləşmə müşahidə olunub.
Tektonik aktivləşmə nəticəsində Şirvan-Salyan magistral avtomobil yolunda və Yeni Xələc kəndində bir neçə evdə çatlar əmələ gəlib.
Qeyd edək ki, eni 10-20 km olan bu translitosfer yarığının aktivləşməsinin yer səthində müşahidə olunması unikal bir geoloji hadisədir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü