Modern.az

"İlham Əliyev və Mehriban Əliyeva çox möhtəşəm işlər görə bilər"  

"İlham Əliyev və Mehriban Əliyeva çox möhtəşəm işlər görə bilər"   

Aktual

21 Fevral 2017, 15:20

"Mehriban xanım mənim sevimli və hörmətli həmkarımdır. Birincisi, mən bir millət vəkili kimi həmkarımın böyük uğuruna yalnız sevinə bilərəm. Biz 11 ildir ki, Milli Məclisdə çiyin-çiyinə çalışırıq. İkincisi də, bir yazıçı və publisist kimi sevinirəm". 

 

Bunu  Heydər Əliyev Fondunun Prezidenti, Ölkəmizin birinci xanımı, millət vəkili Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsinə münasibət bildirərkən millət vəkili, tanınmış publisist Elmira Axundova deyib. 

 

O, Mehriban xanım Əliyeva haqqında uzun illərdir xarici mətbuatda dəyərli məqalələrlə çıxış etdiyini vurğulayıb:

 

2007-ci ildə Rusiyanın məşhur İzvesiya qəzetində "Mərhəmət və Məhəbbətin səfiri" başlıqlı məqaləm dərc olunmuşdu. O məqalədə, hələ 10 il bundan öncə yazmıdşım ki, Mehriban xanımın potensialı daha yüksəkdir. Və o, bu potensialla daha böyük işlər görə bilər. Ondan sonra Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili və YUNESKO-nun xoşməramlı səfiri kimi onun fəaliyyətini izləmişəm. Bu haqda Rusiya və Azərbaycan mətbuatında vaxtaşırı məqalələrlə çıxış etmişəm. Sonuncu məqaləmdə də yazmışam ki, Mehriban xanım əsl lider keyfiyyətlərinə malik insandır. Liderlik keyfiyyətləri nədir? Bu keyfiyyətlər ondan ibarətdir ki, qarşına qoyduğun məqsədi düzgün seçəsən.O məqsədə çatmaq üçün özünü və kollektivini səfərbər edə biləsən. Eyni zamanda hədəfləri düzgün müəyyən edəsən. Hədəfləri düzgün seçmək və bunun fonunda məqsədə çatmaq əsl lider və liderlik xüsusiyyətidir"

 

Xanım millət vəkili qeyd edib ki, Mehriban xanımın liderlik xüsusiyyətləri haqqında da böyük bir məqaləsi işıq üzü görüb:

 

"Həmin yazımda demişəm ki, Mehriban xanım ayrı-ayrı vaxtlarda fərqli istiqamətlər seçirdi. Məsələn, 1990-cı illərin ortalarında, o, daha çox mədəniyyət sahəsinə meyl edirdi. Azərbaycanda quruculuq işləri başlayandan sonra Mehriban xanım gördü ki, bizim uşaq evlərimiz, internat evlərimiz, məktəb və bağçalarımız bərbad vəziyyətdədir. Beləlilklə o, quruculuq işlərinə qoşuldu. Çox maraqlıdır ki, son bir neçə ildə Mehriban xanım daha çox beynəlxalq miqyaslı işlərlə məşğul olmağa başlayıb. YUNESKO-nun xoşməramlı səfiri kimi bütün ölkələrdə xeyriyyəçilik tədbirləri və Azərbaycanın təqidmatını keçirir. Çünki Azərbaycanda quruculuq işləri bütün dövlət orqanlarının və cəmiyyətin ümumi işinə çevrilib. Artıq bu işləri biz özümüz görməyə başladıq. Elə təssəvvür edin ki, Mehriban xanım qabaqda gedib, bizə yola göstərdi. Və indi biz özümüz bunu edirik. Hər bir rayonda quruculuq işləri öz axarı ilə davam edir. Amma indi bizə beynəlxalq imcimizi yüksəltmək və həqiqətlərimizi dünyaya çatdırmaq lazımdır. Mehriban xanım artıq bu yolu seçib. Deməli Mehriban xanım ayrı - ayrı vaxtlarda fərqli istiqamətləri seçə bilən və o işlərin öhdəsindən çox uğurla gələ bilən şəxsiyyətdir. Mehriban xanım İlk Avropa Oyunlarında nə cür yüksək təşkilatçılıq qabiliyyətinin olduğunu ortaya qoydu. Bu Oyunları yüksək səviyyədə həyata keçirdi. Ona görə də, həmişə demişəm və indi də deyirəm ki, Mehriban xanım böyük dövlət xadimidir. Və bu, artıq bir dövlət xadimi kimi də Azərbaycanın xeyrinə daha böyük işlər görə bilər. Mən bu addıma məhz ona görə çox sevinirəm. Bu çoxdan gözlənilən addım idi. Hamımız bunu gözləyirdik. Mənə elə gəlir ki, İlham Əliyev və Mehriban Əliyeva tandemi çox böyük və möhtəşəm işlər görə bilər. Mən bir millət vəkili, yazıçı və publisist kimi bu cütlüyə dövlətimiz, xalqımız naminə daha böyük uğurlar arzulayıram. Söz verirəm ki, biz də öz qələmimiz və sözümüzlə biz də onlara hər cür köməklik göstərməyə hazırıq".

 

Qeyd edək ki, Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının birinci vitse-prezidenti təyin edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür