Modern.az

“Humanizm dili ilə münasibətlər qurmağa səslədiniz” - Deputat Mehriban Əliyevanı təbrik etdi

“Humanizm dili ilə münasibətlər qurmağa səslədiniz” - Deputat Mehriban Əliyevanı təbrik etdi

21 Fevral 2017, 17:27

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev  Fondunun yaradıcısı və pezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri,  millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə...

Əziz Mehriban xanım,

Siz  həyatda hər bir kəsin  yerini və taleyini tarix müəyyən edir deyərək, şərəfli bir yola çıxdız.

Bu yolda  gördüyünüz  əzəmətli  və  ölçüyə gəlməyən  fəaliyyətinizə görə  Sizə Azərbaycan mədəniyyətinin  qoruyucusu və təbliğatçısı,  səhiyyənin hamis , müasir   təhsilin banis , xeyirxahlıq mələyi,  kimsəsizlərin kimsəsi,...  dedilər...

Siz  insanlığa xidmət etməkdən yorulmadız, əksinə, bundan zövq aldız və  xidmət etdikcə, sevginiz və  şöhrətinizlə sərhədlərə sığmaz olduz...   Humanizmin,  mərhəmətin, məsuliyyətin və vicdanın  vətəninə və vətəndaşına  xidmət etməyin təməl prinsipləri olduğunu əməlinizlə sübut etdiz...

Siz, təkcə  xalqımızın yaratmış olduğu maddi-mənəvi  irsin  müdafiəçisi olmaqla yetmədiz,  həm də dünya insanını bəşəriyyətin  qazanmış olduğu mənəviyyət xəzinəsini qorumağa çağırdız...

Sizin  düşüncəniz və baxışlarınızla desək  “nə böyük , nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi dərk edilmiş məsuliyyətin imkan verir” . Bu mənada  hansı  işi görməyə qərar verdizsə, hansı layihəni gerçəkləşdirmək istədizsə uğur  və nailiyyətlərə imza atdız.

Ədalətsizliyin,  haqsızlığın, zülmün qurbanı olan insanların və məkanların,  Qarabağın, Xocalının  eşidilməyən  səsi  və görülməyən gözü  olduz....  Dünyanın harasında sızlayan bir ürək, ağlayan bir göz , çarəsiz  bir insanın olduğunu  bildizsə,   onların harayına yetişdiz, onların  ümidi olduz... Sizin həyat fəlsəfənizdə  və dünyagörüşünüzdə   insanlar  fəaliyyətinə  və həyatdakı  mövqeyinə görə  “hər bir kəs özünü şəxsi həyatının  və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimik təcəssüm etdirir”  kimi dəyərləndirildi.

Siz dünyanın gələcəyi naminə  fərqli mədəniyyətlərə, fərqli dillərə və inanclara, rənglərə  malik  insanları dialoqa çağırdız... Dünyanın gözəlliyini və gələcəyini  bu fərqlilikdə  və bütövlükdə  gördüz... İnsanları  güc və zor dili ilə deyil, mədəniyyət, sevgi , hümanizm dili ilə münasibətlər qurmağa səslədiz, ucalmağın və ucaltmağın, əbədiyaşar olmağın, könüllərdə abidələr qurmağın yolunu göstərdiz.

Siz insanlara səsləndiz: “Kimsənsə, elə də olmalısan – bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki  sən də, dünyada yerin də yeganə və bənzərsizdir”.  Bunun nəticəsidir ki, Siz  xeyirxah  əməllərinizlə  insanlığa, bəşəri dəyərlərə  xidmət edərək , xidmətinizlə  onun   rəmzinə çevrildiz.

 Əziz  Mehriban xanım,

İndi  Siz yeni və şərəfli  bir xidmət yolunun  uğurlu başlanğıcındasız.

 Bugün Sizə tək seçiciləriniz deyil, möhtərəm Prezidentimizin simasında  bütün Azərbaycan  xalqı  etimad göstərərək,  Sizə xeyir-dua edir  və yeni vəzifənizdə sonsuz uğurlar arzulayaraq,  ali vəzifəniz mübarək olsun deyir.   


Məlahət İbrahimqızı,

Millət vəkili

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir