Modern.az

Mübariz Qurbanlı və Siyavuş Novruzov müxalifətin bu günkü aksiyasına qiymət verib

Mübariz Qurbanlı və Siyavuş Novruzov müxalifətin bu günkü aksiyasına qiymət verib

2 Aprel 2011, 17:40

YAP-çı deputatlar Mübariz Qurbanlı, Hadı Rəcəbli, Siyavuş Novruzov müxalifət aksiya keçirən zaman Fəvvarələr meydanında olublar.
M.Qurbanlı “Azadlıq” radiosuna 2 aprel aksiyasını belə dəyərləndirib:
«Bu, müxalifətin radikal qanadının növbəti iflasıdır. Müxalifət bilərəkdən kütləvi yerdə aksiya keçirir ki, ona kütləvilik görüntüsü versin. Amma bugünkü aksiya göstərdi ki, müxalifətin dayaqları yoxdur və o, iflasa uğrayıb».

O, aksiya iştirakçılarının zorakılıqla dağıdılması haqdasa belə deyib:
«Heç kimə zor tətbiq edilməyib. Londonda aksiyaların necə dağıdılmasını görmüsüzmü?... Azərbaycan polisi aksiyanın qarşısını qanuni və humanist şəkildə alıb».

Siyavuş Novruzovsa əlavə edib: «Biz onlara nə gül verəsiyik, nə də boyunlarına narıncı şərf dolayası».

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir