Modern.az

"11 mart-Böyük Xalq Günü”nün təşkilatçısına cinayət işi açılıb

"11 mart-Böyük Xalq Günü”nün təşkilatçısına cinayət işi açılıb

2 Aprel 2011, 18:59

Fransada yaşayan Elnur Məcidli dövlət çevrilişində ittiham olunur

Sosial şəbəkələrdə «11 mart-Böyük Xalq Günü» və «2 Aprel-Böyük Qəzəb Günü» aksiyalarının təşkilatçılarından biri Elnur Məcidliyə qarşı cinayət işi açılıb. Bu barədə onun özü "Azadlıq" radiosuna məlumat verib:

«Aprelin 1-də atamı prokurorluğa çağırıb deyiblər ki, oğlun haqqında Ağır Cinayətlərə dair İstintaq İdarəsində cinayət işi açılıb - hakimiyyəti çevrilişə çağırış maddəsi ilə. Atama protokol veriblər, imzalamayıb. Rayonda da qohumlarımızı, yaxınlarımızı polisə çağırıblar. Çox kinayəli vəziyyət yaranıb ki, qohumlarım mənə görə hesabat vermək məcburiyyətində buraxılıb».
Hazırda Fransada yaşayan E.Məcidli bu ittihamları özünə qarşı «mənəvi terror» adlandırır: «Mən hakimiyyətin bu cür yollara əl atması artıq kinayəli bir gülünc hissi doğurur».

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir