Modern.az

İlham Əliyev finalı Mehriban Əliyeva ilə birgə izləyib

İlham Əliyev finalı Mehriban Əliyeva ilə birgə izləyib

Təhsil

2 Aprel 2011, 20:04

Bu gün Bakıdakı "Sərhədçi” Olimpiya İdman Mərkəzində qadın voleybol komandaları arasında Çellenc Kuboku yarışlarının final mərhələsinin cavab görüşü keçirilib. Bakının “Azərreyl” və  “Lokomotiv” klublarının görüşü 3:1 (30:28, 22:25, 25:13, 25:17) hesabı ilə başa çatıb.
Bu komandalar arasında bir neçə gün öncə keçirilən ilk oyunda “Azərreyl”  3-1 hesablı qələbə qazanmışdı. Təkrar final görüşündə də hadisələr oxşar ssenari üzrə cərəyan edib. Bu dəfə də rəqibini 3-1 hesabıyla məğlub edən “Azərreyl” Avropa Çelenc kubokunun qalibi adını qazanıb.

“Azərreyl” və “Lokomotiv” oyunu Azərbaycan Prezidenti İlham Əlyev və xanımı Mehriban Əliyeva da izləyib

Mükafatlandırma mərasimindən sonra Avropa Voleybol Konfederasiyasının vitse-prezidenti Banu Can Azərbaycanda Voleybolun inkişafında göstərdiyi xidmətlərə görə prezident İlham Əliyevə Konfederasiyanın kubokunu təqdim edib.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır